Elektriksiz evin uğurlu milyarderi 5 milyard dollar sərvəti necə qazandı? | Banco.az

Elektriksiz evin uğurlu milyarderi 5 milyard dollar sərvəti necə qazandı?

Günümüzə sürətlə yayılan, həm şəkil paylaşma proqramı Flickr-ın, həm də işgüzar yazışma xidməti olan Slack-in 46 yaşlı qurucusu Stewart Butterfield-in təxminən 650 milyon dollar sərvəti var.

Stewart Butterfield, həyatının ilk beş ilini, atasının, Kanadanın Vyetnam müharibəsində xidmət etməkdən boyun qaçırması üçün Amerikadan uzaqlaşmaqla ilə keçirdi. Butterfield və valideynləri Britaniya Kolumbiyasındakı bir meşədə bir kabin otağında yaşayırdılar və üç il ərzində onların nə daimi suyu nə də elektrikləri yox idi.

Butterfield-in anası və atası ona Dharma adını vermişdilər. Butterfield "Mənim valideynlərim hippi idi" ifadəsini işlədərək "Onlar torpaq sahədə yaşamaq istəyirdilər, amma görüləcək çox iş var idi, biz isə bu işlərin altından qalxacağımıza inanmırdıq və buna görə də şəhərə geri köçdük." dedi. Ailə, Britaniya Kolumbiyasının paytaxtı Viktoriya şəhərinə köçdükdən sonra Butterfield yeddi yaşında ilk kompüterinə sahib oldu və gənc yaşlarından onda texnologiyaya qarşı böyük maraq yarandı.  

Ancaq hal hazırda o, qeyri-adi istedadı ilə biraz ehtiyatlı davranmağa çalışır, çünki Butterfield müvəffəqiyyətlərinin şansla bağlı olduğuna inanır.

"1980-ci ildə yeddi yaşımdaydım, valideynlərimin mənə aldığı kompüter ya Apple II, ya da IIE idi. Mən özüm isə  kompüter jurnallarından istifadə edərək kodlamağı öyrəndim."

Adını dəyişərək Stewart edən Butterfield 12 yaşında təməl kompüter oyunları qurmağı öyrəndi. Baxmayaraq ki, orta məktəbdə kompüterlərə olan marağını itirdi, o təhsilinə Viktoriya Universitetində fəlsəfə öyrənməklə davam etdi. Burada Böyük Britaniyadakı Cambridge Universitetindəki mövzular üçün böyük təcrübə əldə etdi.

1997-ci ildə internet barədə yayılan “həqiqətən, inkişaf edir” düşüncəsi ortaya çıxarkən, Stewart fəlsəfə professoru olmaq niyyətində idi. Lakin o qərarından imtina edərək kompüterinə olan bağlılığına və sevgisinə geri dönməyi qərar aldı.

Ən sərfəli kredit üçün müraciət et

Bir neçə il veb-dizayner kimi işlədikdən sonra 2002-ci ildə Flickr həmtəsisçisi Caterina Fake ilə onlayn oyunlar qurmağa başladılar. Caterina Fake həmdə Butterfieldin həyat yoldaşıdır. “Neverending” adlı qurduqları oyun heç də düşündükləri nəticəni göstərmədi və həmçinin investisiya pulları da bununla birgə tükəndi. Lakin bir müddət sonra b planı olan Flickr üzərində işləməyə başladılar. Məqsədləri şəkil paylaşılması üçün platforma qurmaq idi və buna 3 ay ərzində nail oldular.

2004-cü ildə buraxılmış Flickr, insanların fotolarının yüklənməsi, paylaşılması, etiketlənməsi və şərhlərinə imkan verən ilk veb səhifələrdən biri oldu.

Bir neçə il sonra təsisçilər şirkəti nəhəng dünya markası olan Yahoo-ya 25 milyon dollara satdılar. Lakin Butterfield hələdə bu qərarın çox yanlış qərar olduğunu vurğulayır. O biraz daha gözləyərək daha böyük təkliflər alacaqlarını düşünürdü.

2009-cu ildə Butterfield bəzi tərəfdaşları ilə yenidən onlayn oyun qurmağa cəhd etdi lakin yenə oyun gözlədikləri nəticəni vermədi. Bu vəziyyət, tərəfdaşları yeni ideyaları düşünməyə vadar etdi. 

Nəticədə Slack proqramının əsası qoyuldu və daha böyük uğurlara imza atdı. Bu gün 8 milyon günlük istifadəçiyə malik olan Slack xidməti internetdə geniş yer tutur. Hətta istifadəçilərdən 3 milyonu daha inkişaf etmiş xüsusiyyətləri istifadə etmək üçün əlavə ödəniş edir və 70,000-dən çox korporativ müştəriyə xidmət göstərilir.

Slack, işçilərin işdəki qruplarda bir-birləri ilə əlaqə qurmasına və əməkdaşlıq etməsinə şərait yaradır. IBM, Samsung, 21st Century Fox and Marks & Spencer kimi böyük şirkətlər də bu proqramın qeydiyyatından keçərək istifadə edir. Bəzi investisiyalardan sonra Slack, hazırda, 5.1 milyard dollar dəyərindədir.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et