“Ekspressbank ASC” 2017-ci ilin ilkin maliyyə nəticələrini açıqlayıb.
Banco.az bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, 31 mart 2017-ci il tarixinə bankın cəmi aktivləri 290 mln. 626 min manat olub, bu da ötən ilin yekunu ilə müqayisədə 4 mln. manatdan çox artım deməkdir.
Qeyd edək ki, ötən il 30 sentyabr göstəricilərində bankın cəmi aktivləri 287 mln. 87 min manat olub.
Bankın kredit portfeli isə 171 mln. 949 min manat təşkil edib.
2016-ci ilin ilk rübündə isə bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 252 mln. 144 min manat idi.
Cari ilin ilk rübündə müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi ötən il ilə müqayisədə təqribən 5,6% artaraq 97 mln. 863 min manat olub.
Bankın kapitalı artıb!
Sözügedən dövrdə bankın cəmi kapitalı 145 mln. 7 min manat olub. 2016-cı ilin 4-cü rübündə isə bankın cəmi kapitalı 142 mln. 32 min manat təşkil edib.
Bank bu ilin ilk rübünü 2 mln. 636 min manat xalis mənfəət ilə başa vurub.
Ölkənin ilk kommersiya bankı olan Expressbank 1989-cu ildə yaranıb və uzun müddət Azərnəqliyyatbank adı ilə fəaliyyət göstərib. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla Bankda dəyişikliklər baş verib. Bank 4 mart 2010-cu il tarixindən etibarən Expressbank kimi fəaliyyətini davam etdirib.