Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə məhsulların maya dəyəri inflyasiya səviyyəsinə paralel olaraq artacaq. Banco.az xəbər verir ki, bunu əmtəə bazarları üzrə mütəxəssis Valentina Milaşevskaya bildirib.
Analitik istehlakçılara yeni ilə qədər bir sıra məhsulları indidən almağı tövsiyyə edib. Eyni zamanda mağazalarda şampan şərabının 41,4 faiz bahalaşacağı ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bayram öncəsi kürü, konserv kimi məhsullar da bahalaşacaq.
V.Milaşevskayanın sözlərinə görə, 2023-cü ildə yanacaq, nəqliyyat (5-10 faiz), o cümlədən siqaret və elektron siqaretlərin qiymətlərinin bahalaşacağı gözlənilir. Çünki onların satışından aksiz vergisi də 4 faiz artacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!