Ekspert taxıl tədarükünün problemlərindən danışıb | Banco.az

Ekspert taxıl tədarükünün problemlərindən danışıb

Müəllif - Aida İsaq, Banco.az

Yalnız Ukrayna münaqişəsinin dayandırılması taxıl tədarükü problemini tamamilə həll edəcək. 

Banco.az xəbər verir ki, bunu Budapeştin fundamental hüquqlar mərkəzinin aparıcı eksperti Zoltan Koşkoviç bildirib.

Onun fikrincə, bu Rusiyanın digər kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxarılmasına da aiddir. Ekspert Ukrayna və Rusiyanın Avropa və beynəlxalq taxıl bazarında çox vacib mövqedə olduqlarını vurğulayıb. Ölkələr arasında münaqişə elə vəziyyətə çatıb ki, sadə ixrac əməliyyatları belə həyata keçirilə bilmir. Bu vəziyyət Avropa və Macarıstan fermerləri üçün zərərlidir. Ekspert eyni zamanda Yaxın Şərq və Şimali Afrikadakı istehlakçılar üçün narahatlığını ifadə edib. Ümumilikdə Macarıstanlı ekspertin fikrincə, münaqişə nə qədər tez həll edilərsə, Rusiya, Ukrayna və digər ölkələrin iştirakı ilə normal ticarət əlaqələri bir o qədər tez bərpa olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram