Müəllif - Aida İsaq, Banco.az
Mərkəzi bankların pul kütləsini artırmağa meyilli olması qlobal iqtisadiyyatda inflyasiya təhlükəsini daha da dərinləşdirir.
Banco.az xəbər verir ki, bu barədə amerikalı investor Cim Rocers bildirib. Onun sözlərinə görə, pul çapı həmişə qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Hazırda mərkəzi bankların bu tendensiyanı davam etdirməsi vəziyyəti daha da qəlizləşdirə bilər. Eyni zamanda Ukraynada hərbi əməliyyatlar dayandırlmadığı təqdirdə, əmtəə bazarlarında inflyasiyanın artması da qaçılmaz hala çevriləcək.
Xatırladaq ki, noyabrın sonunda “Financial Times”-ın iqtisadiyyatın əsas göstəricilərini özündə əks etdirən müxtəlif ekspertlərlə birgə apardığı araşdırmaların nəticələrinə əsasən hazırda qlobal inflyasiyanın ən yüksək həddə çataraq getdikcə səngidiyi bildirilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!