Ekspert daha 6 bankın bağlana biləcəyindən danışdı | Banco.az

Ekspert daha 6 bankın bağlana biləcəyindən danışdı

“Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya (birləşmə) cəhdləri nəhayət ki, reallaşdı. “Atabank” və “Caspian Development Bank” birləşmək qərarı verdilər. Bu, həm də AGBank, Parabank və digərlərinin 2015-ci ildəki uğursuz təşəbbüslərindən sonra ilk real addım idi”.

Bunu iqtisadçı Samir Əliyev “Atabank” və “Caspian Development Bank”ın birləşməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bankların konsolidasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub:
 
“Bunun bir neçə səbəbi var ki, onlardan biri də bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da, eyni sahibi olan bankların birləşməsi realdır”.

Ən sərfəli kredit üçün müraciət et

Samir Əliyev bildirib ki, bu birləşmədən sonra bankların sayı 31 olacaq: 

“Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı 14 olacaq. Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək. Bu, baş tutmasa banklar ləğv ediləcək”.

İqtisadçı qeyd edib ki, körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılması və daha sonra digər banklara birləşdirilməsi tədbirləri həyata keçiriləcək: 

“Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar”.

Mənbə: BakiPost.az

Ən sərfəli krediti almaq üçün müraciət et