BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) 2007-2008-ci illərdə ABŞ-da müşahidə olunan vəziyyət kimi problemlər üçün artıq yetişib. Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Qloballaşma və Sosial hərəkətlər İnstitutu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Kotlaşov bildirib.
"Böhranın ikinci dalğasının episentri BRİKS ölkələridir. Əgər 2008-ci ildə böhranı ABŞ-ın yaratdığını demək olardısa, indi bu belə deyil. Böhranın ikinci dalğasını BRİKS ölkələri yaradıb. Həmin problemlər 2007-2008-ci illərdə ABŞ-da olan problemlər qədər inkişaf edib. Bu həm ipoteka böhranı, həm də əmlak bazarı və maliyyə sistemindəki problemlərdir", - V.Koltaşov qeyd edib.
Onun sözlərinə görə, 2011-2012-ci illərdə təməli qoyulan iqtisadi böhranın ikinci dalğası bu gün var gücü ilə inkişaf edir.
"O, müxtəlif ölkələrdə müxtəlif sürətlərdə inkişaf edib. Avropa ölkələrindən danışsaq, avro da devalvasiyaya uğrayır. Düşünmək lazım deyil ki, Avropada hər hansı bir valyuta sabit olacaq. Şübhəsiz ki, dollar indi güclü fazada olacaq, lakin bu ABŞ-ın dolları zəiflətmək məcburiyyətində olduğunu anlayana qədər etibar ediləcək yeganə valyutadır", - ekspert vurğulayıb.
V.Koltaşov bildirib ki, bir dənə ağırlaşdırıcı fakt mövcuddur ki, bu da ikinci dalğanı birincidən daha da təhlükəli edir - bu Çindəki sənaye böhranıdır.
"İstehsalatın bu qədər genişləndirilməsi heç bir müvafiq xarici istehlak üçün nəzərdə tutulmayıb və Çin istehsalatı azaltmaq məcburiyyətində olacaq, bu da onun üçün sosial fəlakət deməkdir", - o bildirib.
Mərkəzin rəhbəri əlavə edib ki, bu gün hər kəs Çin iqtisadiyyatını vurur.
"Rusiya ilə əmtəə dövriyyəsi bu ilin birinci yarısında dörddə bir dəfər azalıb, Yaponiya ilə - 10%, Latın Amerikası və Afrika ilə də əmtəə dövriyyəsi düşür. Avropa İttifaqı ilə də müyyən azalma qeydə alınıb. Çin öz məhsulunun satışı ilə böyük problemlər yaşayır, və bu da Çin statistikasının göstərmək istədiyi 2-3 faizlə ölçülmür. Söhbət daha ciddi göstəricilərdən gedir - satışların həcmi xeyli aşağı düşüb. Məsələ ondadır ki, Pekin son illər öz məhsuluna xarici tələbatın artacağına ümid edərək, sənaye imkanlarını genişləndirib. Xarici tələbat isə mənfi dinamika göstərir", - ekspert vurğulayıb.