Ekoloji risklərə görə yaranan borclar 4 trilyon dolları keçib | Banco.az

Ekoloji risklərə görə yaranan borclar 4 trilyon dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's:” Ekoloji risklər səbəbiylə yaranan borclar 4 trilyon dolları keçib.

Banco.az xəbər verir ki, “Moody's Investors Service”in məlumatına görə, ekoloji risklərə daha çox məruz qalan borcun məbləği on ildən az müddətdə iki dəfədən çox artaraq 4 trilyon dollardan çox olub.

Çərşənbə axşamı dərc olunan hesabata görə, hazırda 16 sektor "yüksək və ya çox yüksək ekoloji kredit riski" ilə üz-üzədir. 2015-ci ildə bu risklə üzləşən sektorların sayı 9 idi.

Qeyd olunub ki, ən yüksək riskə məruz qalan sektorlar neft-qaz, mədənçıxarma və kimyadır.

Reytinq agentliyi iqlim dəyişikliyi, tullantı və çirklənmə də daxil olmaqla ətraf mühit təzyiqlərinin 82 trilyon dollar borcu olan 90 sektora potensial kredit təsirini araşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

“Qlobal miqyasda bir çox sektor dəniz səviyyəsinin yüksəlməsi, qasırğalar, karbon emissiyaları, çirklənmə, biomüxtəlifliyə təhdidlər və digər ekoloji təzyiqlər səbəbindən borclarını ödəmə imkanlarının potensial olaraq daha böyük risklərə məruz qalacağını görəcək”, deyə agentlik qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et