Ekspert pula qənaət etməyin üsulunu açıqladı | Banco.az

Ekspert pula qənaət etməyin üsulunu açıqladı

Müəllif Aida İsaq, Banco.az

Günümüzdə ruslar pula qənaət etməklə böyük məbləğdə sərvət toplaya bilərlər. Banco.az xəbər verir ki, bu barədə Novikombank-ın departament direktoru Aleksandr Sıçkov açıqlama verib.

Sıçkovun fikrincə pula qənaət etməyin etibarlı yolları var. Xüsusilə depozitlər əmanətlərə qənaət etməyə və inflyasiyanın qarşısını alacaq gəliri əldə etməyə kömək edəcək. Sıçkov xoşagəlməz vəziyyətlər üçün hər ay gəlirin beş-on faizini kənara ayırmağı tövsiyə edib. 

"Bu vəsaitləri əmanət formasında saxlamaq qiymətli kağızlara investisiya yatırmaqdan daha yaxşıdır. Hazırda çünki birjalarda vəziyyət barədə fikir bildirmək mümkün düyil. Yəni yaxşı gəlir qazanmaq yaxud hər şeyi itirmək ehtimalları gözləniləndir"

Bundan öncə maliyyə analitiki Mixail Belyaev cari istehlaka xələl gətirmədən demək olar ki, istənilən səviyyədə olan gəlirlərin 10%-nə qənaət etməyin mümkün olduğunu bildirib. İqtisadçının fikrincə, vergi ödəmək, işıq və qaz pulunu ödəmək, avtomobilə benzin almaq qədər qənaət də prioritet olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram