ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib.
EIA-nın aylıq hesabatına görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,72 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,18 mln. barel çoxdur.
EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 104,91 barel səviyyəsində olacağı ehtimal olunur (öncəki proqnoz göstərici – 104,59 mln. barel)
Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,74 mln. barel təşkil edib, bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,6 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.