Ehtiyac meyarı gələn il 116 manata çatdırılacaq | Banco.az

Ehtiyac meyarı gələn il 116 manata çatdırılacaq

“Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsində dəyişiklik edilməklə, ünvanlı sosial yardımın tətbiq edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 105 manatdan 116 manata çatdırılması nəzərdə tutulur”.

Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Qeyd edək ki, bu artım əsasən kommunal xidmətlərin bahalaşması hesabına büdcə daxilolmalarının artımı nəzərə alınaraq həyata keçirilir.

Mənbə: Report.az