Əhalisinin sayına görə dünyanın ən böyük şəhəri - CAKARTA | Banco.az

Əhalisinin sayına görə dünyanın ən böyük şəhəri - CAKARTA

İndoneziyanın paytaxtı Cakarta şəhəri 2035-ci ildə əhalisinə görə dünyanın ən böyük şəhəri olacaq.

“Oxford Economics” elmi-tədqiqat institutunun proqnozunda bildirilir ki, 16 ildən sonra Cakartanın əhalisinin 38 milyon nəfərə çatacağı gözlənilir. İkinci yeri 2035-ci ildə əhalisinin 37,8 milyon nəfər olacağı proqnozlaşdırılan Tokio şəhərinin tutacağı təxmin edilir. Üçüncü yeri isə 32,2 milyon nəfərlə Çinin mərkəzində yerləşən Çuntsin şəhəri tuta bilər.

Ən sərfəli kredit üçün müraciət et

İlk onluğa Dəkkə (31,2 milyon nəfər), Şanxay (25,3 milyon), Karaçi (24,8 milyon), Kinşasa (24,7 milyon), Laqos (24,2 milyon), Mexiko (23,5 milyon) və Mumbainin (23,1 milyon) daxil olacağı gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et