"Əhalinin yaşı artdıqca iş mühitində rəqabət də artır" | Banco.az

"Əhalinin yaşı artdıqca iş mühitində rəqabət də artır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı: Əhalinin yaşı artdıqca rəqabət də artır.

Banco.az xəbər verir ki, Dünya Bankı "Dünya İnkişaf Hesabatı 2023: Miqrantlar, Qaçqınlar və Cəmiyyətlər" adlı hesabatını dərc edib.

Hesabatda qeyd olunub ki, dünya əhalisinin misli görünməmiş sürətlə yaşalnması bir çox ölkələri uzunmüddətli artım potensialını reallaşdırmaq üçün getdikcə immiqrasiyadan asılı vəziyyətə salır.

Hesabatda həmçinin bildirilib ki, sözügedən tendensiya immiqrasiyanı iqtisadiyyatlar və insanlar üçün daha əlverişli hala gətirmək üçün unikal imkandır və daha yaxşı tərtib edilmiş miqrasiya siyasəti bütün ölkələrdə rifahın yüksəlməsinə kömək edə bilər.

Hesabatda xatırladılıb ki, zəngin ölkələr və getdikcə artan orta gəlirli ölkələr əhali sayının azalması halı ilə üzləşməkdədir və bu, işçilər üçün qlobal rəqabəti kəskin artırır.

Qeyd edək ki, ötən 10 ildə qaçqınların sayının təxminən üç dəfə artdığı da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram