Əhalinin xarici valyutada olan əmanətləri 74% artıb | Banco.az

Əhalinin xarici valyutada olan əmanətləri 74% artıb

Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, əhalinin bankdakı əmanətləri 11 faiz artaraq 7932,7 mln manata yüksəlib. Bu əmanətlərdən 2987,8 mln manatı milli valyuta 4944,9 mln manatı isə xarici valyuta ilə yerləşdirilib. 2015-ci ilin yanvar ayı ilə müqayisədə cəmi əmanətlərin həcmində 811,4 mln manat artım qeydə alınıb. Milli valyutada olan əmanətlər 30% (1288,5mln) azaldığı halda, xarici valyutada olan əmanətlərin həcmi 74% (2099,9 mln) artıb.

Ən sərfəli kredit üçün müraciət et

2014 cü ilin müvafiq dövründə cəmi əmanətlərin həcmi 6591,7 mln manat olub ki, bu hazırkı göstəricidən 20% azdır.

Rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmi 7068,8mln manat, qeyri - rezidentlərin əmanətləri isə 863,9 min manat olub.