Samir Şərifov: "İnsanlar anlayacaq ki, dollarlardan mağazalarda istifadə etmək mümkün deyil."
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov milli və xarici valyutanın münasibətlərindən danışıb. Nazir yaxın günlərdə yerli bazara Maliyyə Nazirliyi tərəfindən manat istiqrazları buraxılacağını deyib. Hesab etmək olar ki, nazirin bu açıqlamasından sonra milli və xarici valyutaya münasibət tam dəyişəcək.
Xüsusilə bankalara olan etimadın bir sıra hallarda tərəddüdlə müşayiət olunduğu bir vaxtda Samir Şərifov elə bir təklif irəli sürəcək ki, təxminən bankı özünüz öz evinizdə yarada bilmiş kimi hiss edəncəksiniz özünüzü. Özü də faiz əldə etməklə. Bir sözlə itki bitdi.
- Azərbaycan və Rusiya münasibətlərinin qısa müqayisəsini aparmaq istəyirəm. Təbii ki, rubl və manat səviyyəsində. Neftin qiyməti düşür. Buna uyğun olaraq da Rusiyada rubl və dollar gördüyümüz qaydada dəyişir. Yəni rubl düşür, dollar sürətlə qalxır. Amma Azərbaycanda neftin qiyməti düşür və biz dollar manat münasibətlərində heç bir dəyişiklik hiss etmirik. Necə ola bilir bu? Rusiyada bir reallıq, Azərbaycanda isə başqa bir reallıq?
- Rusiya üzən məzənnəyə bir xeyli əvvəl qərar verib, keçidə uyğun şəraitlərini tənzimlədilər. Bizdə isə Mərkəzi Bnak tərəfindən isə üzən məzənnəyə keçid ötən ilin dekabr ayında baş verdi. Milli bank tərəfindən üzən məzənnə ilə bağlı yene də işlər aparılır. Amma mən isə elə düşünürəm ki, bunu bazar müəyyən etməli idi, bank deyil. Ölkədə bu günki məzənnə tələb və təklif əsasına müəyyən edilir. Burada nəzər yetirliləsi iki məsələ var: biri bazar iştirakçılarının (təşkilatlar və banklar) hərəkəti və ikinci manatın kütləsi.
2015-ci ilin fevral ayından bu yana əhalinin böyük bir kütləsi öz manatlarını dollara çevirir. Bu zaman onun qiyməti də istər-istəməz qalxır.
- Onda belə aydın olur ki, bu yaxınlarda əhalinin manata olan ehtiyacı manatın dəyərini qaldıracaq. Onda dollar düşməyə başlayacaq.
-Bəli, o zaman insanlar anlayacaq ki, dollarlardan mağazalarda istifadə etmək mümkün deyil. Məcbur olacaq dolları manata çevirəcək və alış-verişini edəcək. Yəni burada psixoloji davranış da çox vacibdi. Hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manta olan hörmət yenidən bərpa olunsun. Bunun üçün yaxın günlərdə bazara Maliyə Nazirliyi tərəfindən manat istiqrazlar buraxılacaq. İstiqrazlara qoyulan fazilər isə yüksək olacaq. Əhaliyə tövsiyyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Faizlər isə inflyasiyadan çox olacaq. Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən bu istiqrazlar bir həftə ərzində dövriyəyyə buraxılacaq...