Əhalinin müddətli əmanətləri artıb | Banco.az

Əhalinin müddətli əmanətləri artıb

2021-ci ilin Mart ayında fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri (depozitləri) 234,7 milyon manat azalıb.

2021-ci ilin Fevral ayının sonunda fiziki şəxslərin əmanətləri 8 milyard 247,5 milyon manat ikən, Mart ayının sonunda 8 milyard 12,8 milyon manat təşkil edib.

Azalma fiziki şəxslərin tələbli depozitlərinin azalması ilə bağlıdır, müddətli depozitlər artıb. Belə ki, Martda tələbli depozitlər 255,9 milyon manat azalaraq 3 milyard 206,8 milyon manata düşüb, müddətli depozitlər isə 21,2 milyon manat artaraq 4 milyard 806 milyon manata çatıb.

Martda hüquqi şəxslərin depozitləri 631,4 milyon manat artaraq 13 milyard 37,7 milyon manata yüksəlib.

Müddətli depozitlər:

Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

Tələbli depozitlər:

Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram