Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-aprel ayılarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902,9 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,3% çoxdur.
Əlavə edək ki, bu ilin ilk 4 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,9%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!