Əhalinin gəlirləri artsa da, müddətli depozitlər çox artmır | Banco.az

Əhalinin gəlirləri artsa da, müddətli depozitlər çox artmır

30 Sentyabr 2019-cu il tarixində Fiziki şəxslərin banklardakı depozitləri 8 milyard 491 milyon 300 min manat təşkil edib. Bu il əhalinin gəlirlərinin artdığı bildirilsə də, banklarda müddətli depozitləri artmayıb.

Fiziki şəxslərin depozitləri avqust ayının sonu ilə müqayisədə sentyabrda 34 milyon 400 min manat, ötən ilin sonu ilə müqayisə isə (9 ay ərzində) 221 milyon 600 min manat artıb.

Avqust ayının sonu ilə müqayisədə sentyabrda müddətli depozitlər 28 milyon 400 min manat artaraq 5 milyard 465 milyon 500 min manata, tələbli depozitlər isə 6 milyon manat artaraq 3 milyard 25 milyon 800 min manata çatıb.

Cari ilin 9 ay ərzində fiziki şəxslərin depozitləri tələbli depozitlər hesabına artıb. Belə ki, 2018-ci ilin sonu ilə müqayisədə müddətli depozitlər 13 milyon 500 min manat azalıb, tələbli depozitlər isə 234 milyon 100 min manat artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz artaraq 42 milyard 202 milyon 700 min manat təşkil etmiş, əhalinin hər nəfərinə orta hesabla 4266,2 manatlıq gəlir düşmüşdür. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 milyard 720 milyon 100 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalmışdır.

Milyon manatla

31.12.2018

31.08.2019

30.09.2019

 Fiziki şəxslərin depoziti

8,269.7

8,456.9

8,491.3

-müddətli

5,479.0

5,437.1

5,465.5

-tələbli

2,790.7

3,019.8

 

Marja