Əhalinin gəlirləri 4,7 faiz artıb | Banco.az

Əhalinin gəlirləri 4,7 faiz artıb

Bu ilin yanvar-noyabr ayları üçün əhalinin gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 11 ayda əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata çatıb. Bu göstəricinin hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz bəndi üstələyərək 3,4 faiz olub.

Bu dövr ərzində ölkə əhalisi gəlirlərinin 69,5 faizini son istehlak xərclərinə, 9,1 faizini vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizini kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 18,8 faizini isə yığıma yönəldib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,1 faiz çox vəsait qalıb.  

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et