Əhalinin gəlirləri 10%-ə yaxın artıb | Banco.az

Əhalinin gəlirləri 10%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri illik müqayisədə 9,8% artaraq 12 533,3 mln. manat təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 1 280,5 manat gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 582,2 mln. manatlıq və yaxud ötən ilin eyni dövründəkindən 10,2% çox vəsait qalıb.