Əhalinin dollara tələbatı 10 aylıq maksimuma çatıb | Banco.az

Əhalinin dollara tələbatı 10 aylıq maksimuma çatıb

Bu ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325 milyon 402 min ABŞ dolları təşkil edib. Bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36% artıb.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılmış hesablamalara görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə dollar alışı 47,8% artıb.

Bundan başqa, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 67 milyon 729 min dollar təşkil edib ki, bu da aylıq 30,6%, illik müqayisədə isə 47,6% azalıb.

Xatırladaq ki, cari ilin yanvar ayında əhalinin dollara tələbatı 2020-ci ilin martından bəri ən yüksək həddə çatıb.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et