Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, əhalinin bankdakı əmanətlərinin sayı 7005,4 min manata çatıb. Bu əmanətlərdən 4439,2 min manatı milli valyuta 2566,2 min manatı isə xarici valyuta yerləşdirilib.
Rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmi 6369,2 min manat, qeyri rezidentlərin əmanətləri isə 636,2 min manat olub.
Rezident əmanətçilər milli valyutaya üstünlük verdiyi halda (4305,6 min manat), qeyri rezidentlər daha çox xarici valyutaya (502,6 min manat) üstünlük verirlər.