2018-ci ilin fevral ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi öhdəlikləri 24.6 mlrd. manat təşkil edib.
Qeyd edək ki, cəmi öhdəliklərin 17,1 mlrd. manatını banklarda yerləşdirilmiş depozitlər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur. 2017-ci ilin sonu ilə müqayisədə isə bank sektorunun cəmi depozit portfelində 1,4% artım qeydə alınıb.
Fiziki şəxslər tərəfindən banka yerləşdirilən əmanətlərin həcmi isə 1 il ərzində 7,084 mlrd. manatdan 7,737 mlrd. manata qalxıb.