Əhali qocalır - Yaponiyada əcnəbi işçilərin sayı ilk dəfə olaraq 2 milyonu keçib | Banco.az

Əhali qocalır - Yaponiyada əcnəbi işçilərin sayı ilk dəfə olaraq 2 milyonu keçib

Müəllif:Mehin Qasımova/Banco.az

Yaponiyada yaşlı əhalinin yerini əcnəbi işçilər almağa başlayıb.

Banco.az xəbər verir ki, müvafiq nazirlik ölkə daxilindəki əcnəbi işçilərlə bağlı məlumatlarını da yeniləyib və yeni rəqəmi paylaşıb.

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi Yaponiyadakı əcnəbi işçilərin sayının ilk dəfə olaraq 2 milyonu keçdiyini bildirib. Əvvəlki ilə nisbətən 12,4 faiz artım müşahidə olunub. Bildirilir ki, əhalinin qocalması və müxtəlif sektorlardakı işçi qüvvəsi çatışmazlığı Yaponiyanın əcnəbi işçilərə meylini daha da artıracaq.

Bundan əlavə, Yaponiya daxilində xarici işçilərin işlədiyi iş yerlərinin sayı 19 min 985 artaraq 318 min 775-ə yüksəlib. Ən çox əcnəbi işçinin olduğu yerlər müvafiq olaraq paytaxt Tokio, cənubdakı Aiçi və Osaka metropolisti olub. Xarici işçilər arasında vyetnamlı işçilər 25,3  faiz nisbətində birinci sıradadır.

Ən sərfəli kredit üçün müraciət et

Ölkə daxilində 518 min 364 vyetnamlı, 397 min 918 çinli və 226 min 846 filippinli işçi var. Onlar istehsal və tikinti sektorlarında çalışırlar.

İstehsal və tikinti sektorları əcnəbi işçilərin ən çox məşğul olduğu sektorlar arasındadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram