2014-cü il avqust ayının 1-ə olan hesabatlara əsasən regionlar üzrə depozitlərin həcmində artım baş vermişdir. Kredit qoyuluşlarında olduğu kimi cəlb edilmiş depozitlərin ümumi həcmində Bakının xüsusi çəkisi (92%) böyükdür. 01.08.2014 tarixinə ümumi cəlb edilmiş depozitlərin həcmi 69.4 mlrd manata bərabər olmuşdur. Xarici valyuta ümumi depozitlərin 36.5%-i təşkil etdiyi halda, milli valyutada cəlb edilmiş depozitlərin həcmi 44 mlrd manata bərabər olmaqla 63.5%-i təşkil edir. Depozitlərin regionlar üzrə tendensiyasına nəzər yetirdikdə, xarici valyutada depozitlərin həcmində azalma müşahidə edilir. Belə ki, 2014-cü ilin aprel ayının 1-i ilə müqayisədə xarici valyutada depozitlərin həcmi 1.66% azaldığı halda, milli valyutada bu göstərici 8% artmışdır. Xarici valyutada azalma əsasən Aran iqtisadi rayon sakinlərinin xarici valyutada olan depozitlərinin azalması hesabına (22.12%) baş vermişdir. Əksinə isə Yuxarı Qarabağ sakinlərinin xarici valyutada depozitləri ötən rüblə müqayisdə 43.07% artmışdır.
Milli valyutada depozitlərin həcmində ən böyük artım Dağlıq Şirvan (51%), Kəlbəcər-Laçın (40.98%) və Şəki-Zaqatala (20.42%) iqtisadi rayonlarının payına düşür.
Regionlar üzrə cəlb olunmuş əmanətlər (min, manat)
Region | Milli valyuta | Artım tempi, % | Xarici valyuta | Artım tempi, % |
Bakı | 3991040.5 | 7.33% | 2413448.3 | -1.38% |
Abşeron | 116923.1 | 14.47% | 54125.0 | -1.93% |
Aran | 128990 | 17.44% | 34177.8 | -22.12% |
Dağlıq Şirvan | 15100 | 51.00% | 3737.4 | 14.73% |
Gəncə-Qazax | 48066.6 | 13.06% | 12272.9 | 3.72% |
Quba-Xaçmaz | 14078.2 | -5.06% | 2334.2 | -10.96% |
Lənkəran | 33712.8 | 8.26% | 8113.2 | 1.61% |
Şəki-Zaqatala | 20039.2 | 20.42% | 3533.1 | 7.43% |
Yuxarı Qarabağ | 10253.6 | 11.16% | 1197.8 | 43.07% |
Kəlbəcər-Laçın | 7608.9 | 40.98% | 753.3 | -3.36% |
Naxçıvan | 17748.7 | 5.71% | 2780.0 | 12.71% |
Cəmi | 4403562.5 | 8.01% | 2536472.9 | -1.66% |
*baza dövrü olaraq 01.04.2014 tarixi götürülmüşdür