Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcək | Banco.az

Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcək

Yaxın vaxtlarda azad olunmuş ərazilərdə daha 6 kiçik su elektrik stansiyasının (SES) tikintisinə başlanılacaq.

Bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azərenerji" ASC-nin rəhbərinin müşaviri Vüqar Əliyev bildirib.

    Onun sözlərinə görə, azad olunmuş ərazilərdə gücü 276,6 MVt olan 34 KSES istismar olunur, yeni layihələrinin başa çatması ilə onların sayı 38-ə gücü isə 307 MVt-ə çatdırılıb.

    Vüqar Əliyev onu da qeyd edib ki, KSES-də faydalı iş əmsalı maksimum 60%, minimum isə 30% təşkil edir.