Əhali banklara pulunu etibar edirmi?- SORĞU | Banco.az

Əhali banklara pulunu etibar edirmi?- SORĞU

Banco.az insanların daha çox aktiv olduğu sosial şəbəkədə - facebookda əhalinin banklara inamı ilə bağlı sorğu keçirib. Bir həftə davam edən sorğuda 710 nəfər iştirak edib. Sorğuda iştirak edənlərin 51.6%-i banklara inandığını və pullarını banka etibar etdiyini qeyd edib. Qalan 344 nəfər isə "Pulunuzu banka etibar edərsinizmi?" sualına xeyr cavabını verib. 

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa ilin əvvəlinə nisbətən oktyabr ayında əhalinin depozit qoyuluşlarında 8% artım olub. Bu da digər tərəfdən banklara olan inamın artdığının göstəricisidir.

İnfoqrafik: Tahir Əsgərli

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et