“Effektivnest” BOKT-un təsisçilərinin sayı azalacaq | Banco.az

“Effektivnest” BOKT-un təsisçilərinin sayı azalacaq

Dekabrın 29-da, saat 17:00-da “Effektivnest” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin ümumi yığıncağı keçiriləcək.

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, yığıncağın gündəliyinə Fuad Abduriza oğlu Məmmədovun təsisçilikdən çıxması və onun BOKT-un nizamnamə kapitalına qoyduğu vəsaitin geri qaytarılması, “Effektivnest”in 2017-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması məqsədi ilə kənar auditorun seçilməsi məsələləri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Effektivnest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,13 mln. manatdır. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et