Əczaçılıq sənayesində nəhəng satınalma baş tutub | Banco.az

Əczaçılıq sənayesində nəhəng satınalma baş tutub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın biotexnologiya şirkəti “Amgen” dərman istehsalçısı “Horizon Therapeutics”i 26,4 milyard dollara satın alacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın biotexnologiya şirkəti “Amgen Inc” Dublində yerləşən nadir xəstəliklərə qarşı dərmanların istehsalı üzrə ixtisaslaşmış “Horizon Therapeutics Plc”ni 26,4 milyard dollara alacağını açıqlayıb.

“Amgen”nin bu günə qədər etdiyi ən böyük sövdələşmənin bir hissəsi olaraq şirkət tiroid göz xəstəliyinin müalicəsində dünya üzrə 1 milyard dollardan çox satılan “Tepezza” dərmanlarına çıxış əldə edəcək.

Qeyd edək ki, “Amgen” “Horizon”un hər bir səhmi üçün 116,50 dollar ödəyəcək. Bu məbləğ şirkət səhmlərinin yekun bağlanış qiymətindən təxminən 20 faiz bahadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et