Əcnəbilərin ölkəmizdə bank kartları ilə apardıqları əməliyyatların dəyəri dəyəri açıqlanıb | Banco.az

Əcnəbilərin ölkəmizdə bank kartları ilə apardıqları əməliyyatların dəyəri dəyəri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin noyabr sayında Azərbaycana gələn əcnəbilərlə bağlı məlumatlar təqdim olunub.

Qeyd olunub ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,7 milyon və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 24,7 faiz  artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 104,7 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 74 milyon manat təşkil edib.