Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəli iclasda ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan (74,4 mlrd. dollar) 30 mlrd. avroya (37,2 mlrd. dollar) endirib və müddətini 9 ay uzadıb.
Bu günki iclasla bağlı ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlama verəcəyi gözlənilir. Hələ ki, qərar avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR nisbəti 1,24-dür.