ECB rəsmisi faiz endirimi üçün iyun ayına işarə edib | Banco.az

ECB rəsmisi faiz endirimi üçün iyun ayına işarə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) rəsmisi faiz dərəcələrinin aşağı salınması üçün iyun ayına işarə edib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Yannis Stournaras Avropa Mərkəzi Bankının (ECB) FED-dən daha çox problemlə qarşı-qarşıya olduğunu bəyan edib.

ECB-nin İdarə Heyətinin üzvü və Yunanıstan Mərkəzi Bankının sədri Yannis Stournaras bəyan edib ki, bank sistemi və Avrozonada keçmişdə yaşanan borc böhranı parçalanmaya səbəb olub və bu səbəbdən də ECB FED-dən daha çox problemlə üzləşib.

Pul siyasətini dəyərləndirən Stournaras faizlərin kiçik addımlarla aşağı salınmasının tərəfdarı olduğunu və bu prosesin iyun ayından etibarən başlaması lazım olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bir çox ECB rəsmisi mərkəzi bankın faiz dərəcələrini aşağı salmağa başlaması üçün iyun ayına işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et