Müəllif: Tamara Mustafayeva, Banco.az
ECB bankların geosiyasi risklərə qarşı dayanıqlılığını yoxlayacaq.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) Nəzarət Şurasının sədri Klaudia Buxt Avropa Parlamentinin İqtisadi və Maliyyə İşləri Komitəsinin iclasında deputatların suallarını cavablandırıb.
Buxt bildirib ki, ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarına verdiyi reaksiya və artan geosiyasi risklər bankaların fəaliyyət göstərdiyi mühitin nə qədər sürətlə dəyişə biləcəyini göstərir.
O, yüksək gömrük rüsumlarının bankların balanslarına təsirlərinin yalnız zaman keçdikcə üzə çıxacağını qeyd edib və əlavə edib ki, bu cür rüsumlar ticarət həcmini azaldacaq, iqtisadi artıma və şirkətlərin maliyyə vəziyyətinə mənfi təsir göstərəcək.
Buxt həmçinin vurğulayıb ki, ECB gələn il bankların geosiyasi risklərə qarşı dayanıqlığını yoxlayacaq və bu zaman bankların, daha yüksək tariflər də daxil olmaqla, geosiyasi gərginliklərdən qaynaqlanan risklərə nə dərəcədə hazır olduqlarını araşdıracaqlar.
Bizi sosial şəbəkələrdən izləyin!!