Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2017-ci il mart ayı ərzində 73 mln. avro yaxud 2,76% azalaraq 2017-ci il aprelin 1-nə 2 577 mln. avroya düşüb. Bunun strukturunda özəl sektorun payı dəyişməyərək 51% qalıb.
Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və öncəki aylar olduğu kimi 161-dir.
Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin həcmi 4 mln. avro yaxud 0,21% artaraq 1 910 mln. avroya çatıb.
EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 35 mln. avro və yaxud 6,02% artaraq 616 mln. avro olub.
Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 35 mln. avro yaxud 3,7% azalaraq 912 mln. avroya düşüb.
Qeyd edək ki, EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də 1 vahid azalma var və hazırda Bank Azərbaycanda 54 aktiv layihədən ibarət portfelə malikdir.
Mənbə: Report.az