EBRD-nin Azərbaycandakı cari portfeli 27 mln. avro azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

EBRD-nin Azərbaycandakı cari portfeli 27 mln. avro azalıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin dekabr ayı ərzində 38 mln. avro yaxud 1,43% azalaraq 2017-ci il fevralın 1-nə 2 622 mln. avroya düşüb.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və öncəki ay olduğu kimi 161-dir. Bunun strukturunda özəl sektorun payı da dəyişməyib və 52% olaraq qalıb.

Məlumata görə, Azərbaycanın banka ödənişlərinin həcmi 29 mln. avro yaxud 1,52% azalaraq 1 877 mln. avroya düşüb.

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 17 mln. avro və yaxud 2,90% azalaraq 570 mln. avroya düşüb.

Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 27 mln. avro yaxud 2,80% azalaraq 939 mln. avroya bərabər olub.

Qeyd edək ki, EBRD Azərbaycanda 56 aktiv layihədən ibarət portfelə malikdir.

Mənbə: Report.az