EBRD-nin Azərbaycana ayırdığı vəsaitlərin həcmi 15 mln. avro azalıb | Banco.az

EBRD-nin Azərbaycana ayırdığı vəsaitlərin həcmi 15 mln. avro azalıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2017-ci ilin dekabr ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 15 mln. avro və yaxud 0,53% azalaraq 2018-ci il yanvarın 1-nə 2,817 mlrd. avro təşkil edib.

Verilmiş borclarda özəl sektorun payı 1 faiz bəndi artaraq 33% olub.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı 2 ədəd artaraq 125-ə çatıb.

Dekabrda Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 120 mln. avro və yaxud 6,45% artaraq 1,980 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 117 mln. avro və yaxud 20,14% böyüyərək 698 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 15 mln. avro yaxud 1,26% azalaraq 1,176 mlrd. avroya bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində isə heç bir dəyişiklik olmayıb. Belə ki, bu layihələrin sayı əvvəlki aylardakı kimi 50 olub.

Bankın Azərbaycandakı portfelində səhm payında da eyni performans qeydə alınıb. Belə ki, 2017-ci ilin oktyabr və noyabrında olduğu kimi bu göstərici 2% olub.

EBRD-nin cari portfelinin 61%-i yaxud 713 mln. avroluq hissəsi enerji, 29%-i yaxud 338 mln. avroluq hissəsi infrastruktur, 6%-i yaxud 75 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 50 mln. avroluq yaxud 4%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Report.az