"e-Lisenziya" portalının yaradılması üçün tender keçirilir | Banco.az

"e-Lisenziya" portalının yaradılması üçün tender keçirilir

İqtisadiyyat Nazirliyi “Elektron lisenziya” portalının yaradılması məqsədilə açıq tender elan edib. Bu barədə “Report”a qurumun Tender Komissiyasından bildirilib.

Təkliflərin qiymətləndirilməsində satınalma müqaviləsini bağlamaq səlahiyyətinin, maliyyə durumunun qənatbəxş olması (son ildə azı 2 mln. manat dövriyyə), texniki, maliyyə, işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olması, vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklər haqqında məlumat, qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, təklifin tətbiqi üçün qısa müddət, bu cür layihələr üzrə təcrübə (ən azı 2 il), o cümlədən digər dövlət qurumlarında tətbiqi, texniki imkanlar, kadr potensialı kimi meyarlara üstünlük veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Tenderdə iştirak etmək istəyənlər 1 min manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunan tenderin əsas şərtlər toplusunu Nazirlikdən (Hökumət Evi) ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) iyulun 19-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş iyulun 28-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Təklif zərflərinin açılma proseduru iyulun 29-da keçiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et