Rezüme-işə düzəlməkdə böyük əhəmiyyət kəsb edir. O sizin qısa olaraq peşəkar portretinizi göstərir. Onu düzgün tərtib etmək çox vacibdir. Yaxşı rezüme yazmaqla siz arxayın ola bilərsiniz ki, sizi işə qəbul edəcəklər. Əgər siz pis rezüme yazmısınızsa, əmin olun ki, sahibkar sizə heç vaxt zəng etməyəcək.
Sahibkarın əlindən yüzlərlə rezüme gəlib keçir. Sizin rezümenizi cəmi 2-3 dəqiqə oxuyacaqlar, ona görə də siz onu elə tərtib etməlisiniz ki, bu qısa vaxt ərzində öz peşəkar keyfiyyətləriniz barədə dəqiq və lazımlı məlumat verə biləsiniz.
Rezümeni necə düzgün tərtib etmək olar?
Birinci olaraq ,rezümenin tərtibatına fikir verilməlidir. Mətn A4 tərtibatı olan kağızda çap edilməlidir (əllə yazılmış rezümeni heç kim oxumayacaq). Mətn xülasənin birinci səhifəsində yerləşdirilməlidir. Şrift oxuna biləcək ölçüdə olmalıdır.
Rezümenin üslubu bu qaydalardan ibarətdir:
- Müxtəsərlik
- Qətilik
- Seçicilik
- Düzgünlük
Rezümede nə göstərilməlidir?
Şəxsi məlumatlar: Ad, soyad, atanın adı, ailə vəziyyəti, ünvan, telefon, faks, email
Məqsəd: iddia etdiyiniz boş yer
Əsas təhsil : bitirdiyiniz təhsil müəssisəsini göstərin, orta məktəbi göstərməsəniz də olar (əgər bu xüsusi məktəb deyilsə). Təhsil müəsəsinin adını , fakultəni, diplom üzrə ixtisasınızı göstərin. Əgər diplom əla qiymətlərlədirsə, onu qeyd edin
Əlavə təhsil. Bura getdiyiniz kurslar, təcrübə, trening, seminarlar və s. aiddir. Yalnız seçdiyiniz yerə aid olan kursları göstərin.
İş təcrübəsi. Burada əvvəlki iş yerləri haqda məlumat verilir. Əvvəlcə axırıncı iş yeri,sonra ondan əvvəlki iş yeri və s. İşə qəbul olunduğunuz ayı/ili , sonra işdən çıxdığınız ayı/ili , firmanın adını, təşkilatın fəaliyyət dairəsini və sizin tutduğunuz vəzifəni göstərin
Əlavə məlumatlar. Burada sizi sahibkarın gözündə qaldıra biləcək hər şeyi yaza bilərsiz. Neçə xarici dil bildiyinizi və nə səviyyədə olduğunu , kompyuterlə işləmə qabiliyyətinizi (hansı proqramları bildiyinizi) ,sürücülük vəsiqəniz, şəxsi avtomobiliniz, xarici pasportunuz olduğunu göstərə bilərsiniz. Ola bilsin ki, siz iş gününə salınmayan ezamiyyətə getdiniz. Bu hissəyə siz öz şəxsi keyfiyyətləriniz haqqında məlumat daxil edə bilərsiniz. Misal üçün: özünüzə və başqalarına tələbkarsınız, enerjilisiniz, yaxşı təşkilatçısınız və sairə.
Amma yadınızdan çıxarmayın ki, işdə siz bütün bunları sübut etməlisiniz.
Rezümenin yazılma tarixi.
Rezümede nə göstərilməməlidir: Bütün əmək bioqrafiyanızı, fiziki xüsusiyyətlərinizi, işdən çıxma səbəblərinizi, əməkhaqqı haqqında tələbinizi.
Beləliklə, rezümenin məqsədi-siz özünüzü necə təmsil edirsiniz və siz başqalarından nəyə görə üstünsünüz.
Rezümenin əsas prinsipi-sizin bütün yaxşı keyfiyyətlərinizi qeyd edir və çatışmayan cəhətlərinizi gizlədir.
Əlavə
Bu məqalədən siz başa düşdünüz ki, rezüme standart və qaydalara uyğun yazılmalıdır. Amma əslində bu vacib deyil, bir şeyi yadda saxlayın, əgər siz bizə bütün Amerika rəsmilərinin qaydalarına uyğun şəkildə tərtib olunmuş standart və mənasız bir rezüme göndərsəniz, biz onu heç öyrənmədən belə siləcəyik. Biz sizdən məhz bizə ünvanlanmış şablondan uzaq bir məktub almaq istəyirik.
Mənbə:allmag.az