Düyməli telefonu bir gündə 6 milyon nəfər sifariş etdi | Banco.az

Düyməli telefonu bir gündə 6 milyon nəfər sifariş etdi

“JioPhone” telefonu rəsmi olaraq cari ilin iyul ayında təqdim edilib, onun sifarişlərinə isə avqustun 24-də start verilib. 

İKT.lent.az-ın “iLenta.com” saytına istinadən verdiyi məlumata görə, görünür, cihaz müştərilərin olduqca çox xoşuna gəlib. Çünki sifarişlərə başladıqdan cəmi iki saat sonra onu əldə etmək istəyənlərin sayı 3 milyon nəfər olub, 24 saatdan sonra isə onların sayı 6 milyon nəfəri keçib.

Mənbə bildirir ki, sifarişlərin qəbulu dayandırıldığı an - avqustun 25-də “JioPhone”ni əldə etmək arzusunda olanların sayı 10 milyon nəfər təşkil edib. Bu isə bu səviyyəli cihaz üçün fenomenal uğurdur.  

Söz düşmüşkən, “JioPhone” telefonu 2,4 düym həcmli 240 x 320 piksel genişlənməyə malik TFT ekranla təchiz edilib. Telefon 2 meqapiksel əsas və 0,3 meqapiksel arxa kameraya malikdir. Telefon 512 Mb əməliyyat yaddaşına və 4 GB daxili yaddaş, 32 GB-a qədər “MicroSD” kartını dəstəkləyə bilir. Telefon həmçinin fiziki klaviatura ilə təchiz edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et