Dünyaya it, böcək və ya balıq gözü ilə baxmağa imkan verən tətbiq | Banco.az

Dünyaya it, böcək və ya balıq gözü ilə baxmağa imkan verən tətbiq

Alimlər smartfon və ya rəqəmsal kameradan çəkilən fotoşəkilləri arılar, balıqlar və digər müxtəlif heyvanların gördükləri kimi dəyişə biləcək micaToolbox V2&QCPA adlı proqram tətbiqi yaratdılar.

Belə ki, onlar müxtəlif növ heyvan növünün gözü ilə görüntünün real simulyasiyasını əldə etməyə imkan verən pulsuz açıq proqram təminatı təqdim ediblər. MicaToolbox V2&QCPA-nın beta versiyası Emipirical Imaging səhifəsində mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

İl ərzində elm adamları heyvanların bir-birindən müxtəlif xüsusiyyətlərini araşdırdılar. Nəticədə qabaqcıl avadanlıqlardan istifadə edərək onları birləşdirib böyük bir görüntü əldə etdilər.

Hazırda proqram ilk növbədə bioloqlara və ekoloqlara heyvanların bir-birlərini və ətrafı vizual olaraq necə gördüklərini anlamağa imkan verir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et