Dünyanın müxtəlif yerlərindən ən fərqli YENİ İL ADƏTLƏRİ | Banco.az

Dünyanın müxtəlif yerlərindən ən fərqli YENİ İL ADƏTLƏRİ

Tamara Mustafayeva, Banco.az

Yeni ilə qədəm qoymağımıza sadəcə bir gün qalıb. Nahəyət iki gün sonra həyatımıza yeni ümidlərin, yeni başlanğıcların təməlini qoyacaq növbəti il daxil olacaq. Dünyanın hər yerində insanlar yeni ili möhtəşəm il olacağında dair ümidlə qarşılayırlar. Ancaq bu zaman icra edilən adət və ənənələr təbii ki, hər yerdə, hər ölkədə fərqlidir. Biz də sizin üçün ən fərqli yeni adətlərini araşdırdıq, buyurun tanış olun.

1. Kolumbiya

Image result for christmas in colombia"

Kolumbiyada yeni il gecəsi əllərində çamadanla küçələrdə qaçışan insanları görmək çox adi haldır.

2. Yeni Zelandiya

Image result for christmas celebrations in new zealand"

Yeni Zelandiyada yeni ilə daxil olarkən hər kəs küçələrə çıxır və əllərindəki qazan və tavalarla mümkün qədər güclü səs salmağa çalışırlar.

3. İspaniya

Image result for christmas celebrations in spain"

İspaniyada gecə yarısı kilsə zəngləri çalarkən 12 üzüm dənəsi yemək adəti mövcuddur. Zəng səsi kəsilənə qədər insanlar on iki üzüm dənəsinin hamısını yeyib bitirməli olduqları üçün adətən yeni ilə ağızları üzüm dolu daxil olarlar.

4. Yaponiya

Image result for new year celebrations in japan"

Yaponiyalılar saat 00:00 olduğu zaman qəhqəhə çəkməyə başlayırlar.

5. İngiltərə

Best Things to Do in London at Christmas 2021 - London Holiday Activities

İngilislər hər il yeni il gecəsi nifrət etsələr belə Jools Holland-ın “Hootenanny” yeni il televiziya şousunu izləyirlər.

6. Çili

Image result for christmas in chile"

Çilidə evi içəridən çölə doğru süpürsəniz, köhnə ilin mənfi enerjisini də atmış hesab olunursunuz.

7. Danimarka

Image result for christmas in denmark"

Danimarkada yeni ilə şanslı girmək üçün insanlar evlərinin önündə boşqab sındırırlar.

8. Braziliya

Image result for christmas in brasil"

Braziliyada mənfi ruhları uzaqlaşdırmaq üçün bəyaz libas geyinməlisiniz.

9. Hollandiya

Niderlandda yeni il

Ən sərfəli kredit üçün müraciət et

Hollandiyada köhnə ilin bütün pis anlarını və ruhlarını yox etmək üçün küçələrdə tonqal qalayır və yeni il üçün bəzədilən şam ağaclarını bu tonqala atırlar.

10. Cənubi Afrika

Image result for new year in cape town"

Cənubi Afrikada köhnə elektronika avadanlıqları pəncərədən çölə atılır.

11. Panama

Image result for new year in panama"

Panamada yeni il gecəsi məşhurların “muneco” adlandırılan və mənfi ruhları təmsil etdiyinə inanılan kuklaları yandırılır.

12. Boliviya

Image result for christmas in bolivia"

Boliviyalılar yeni il üçün hazırladıqları şirniyyatların içində “şans pulu” adlandırdıqları dəmir qəpikləri gizlədirlər. Bu pullar kimin şirniyyatından çıxsa, yeni ilin həmin insana şans gətirəcəyinə inanılır.

13. Estoniya

Image result for christmas in estonia"

Estoniyalılara görə, yeni il günü 7 dəfə yemək yeyənlər yeni ili bolluq içində keçirirlər. Boşqabdakı yeməyin hamısını bitirmək isə məcburi deyil, hətta boşqabda yemək saxlamağın əcdadlarının ruhları üçün yaxşı olduğuna inanırlar.

14. Şotlandiya

Image result for christmas in shotland"

Şotlandiyada saatlar gecə yarısını göstərdiyində insanlar sevdiklərinin evinə ilin “ilk ayaq basanı” olmaq üçün bir-birləri ilə yarışırlar. İlk ayaq basdıqları evə isə pul, çörək, duz, kömür, viski kimi hədiyyələr aparırlar.

15. Rusiya

Image result for christmas in russia"

Rusiyada insanlar yeni ildən gözləntilərini kiçik kağızlara yazır və sonra bu kağızları yandırırlar, küllərini isə içi şampan dolu badələrə töküb içirlər.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz ən yaxşı YENİ İL FİLMLƏRİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et