Dünyanın əsas elektronika ixracatçıları hansı ölkələrdir? | Banco.az

Dünyanın əsas elektronika ixracatçıları hansı ölkələrdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Fərdi kompüterlərdən tutmuş yaddaş çiplərinə qədər elektronika ticarəti dünya iqtisadiyyatında mühüm rol oynayır. "McKinsey" Qlobal İnstitutunun məlumatına görə, 2021-ci ildə qlobal elektronika ixracı 4,1 trilyon dollara çatıb.

Banco.az dünyanın 10 ən böyük elektronika ixracatçısını və onların 2000-ci ildən bəri ixracda payının necə dəyişdiyini təqdim edir.

Qeyd edək ki, siyahıda "McKinsey"in məlumatlarından istifadə edilib. Ölkələrin qarşısında qeyd edilən faizlər onların 2021-ci ildəki ixracda payıdır:

  • Çin - 34% (2000-ci il - 9%)
  • Tayvan - 11% (2000-ci il - 6%)
  • Cənubi Koreya - 7% (2000-ci il - 5%)
  • Vyetnam - 5% (2000-ci il - yoxdur)
  • Malayziya - 5% (2000-ci il - 5%)
  • Yaponiya - 4% (2000-ci il - 13%)
  • Amerika Birləşmiş Ştatları - 4% (2000-ci il - 16%)
  • Almaniya - 4% (2000-ci il - 5%)
  • Meksika - 3% (2000-ci il - 3%)
  • Tayland - 3% (2000-ci il - yoxdur)
  • Digər ölkələr - 20% ((2000-ci il - 30%)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram