Dünyanın ən zəngin qadın musiqiçilərinin adları açıqlanıb | Banco.az

Dünyanın ən zəngin qadın musiqiçilərinin adları açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı müğənni və bəstəkar Teylor Svift “Forbes” jurnalının versiyasına görə dünyanın ən zəngin qadın musiqiçisi olub.

Banco.az xəbər verir ki, onun sərvəti 2023-cü ilin oktyabrından 500 milyon dollar artaraq 1,6 milyard dollara çatıb.

Nəşr qeyd edir ki, müğənni bu nəticəni “The Eras Tour”daki (2023-2024) uğuru sayəsində əldə edə bilib.

Reytinqdə ikinci yeri Rihanna tutub (1,4 milyard dollar). Onun sərvətinin əhəmiyyətli bir hissəsi kosmetika şirkəti “Fenty Beauty” və “Savage X Fenty”markasındaki paylarından gəlir.

Üçüncü yerdə Madonna (850 milyon dollar), onun ardınca Beyons (760 milyon dollar), kanadalı ulduz Selin Dion (550 milyon dollar), müğənni və aktrisa Barbara Streyzand (460 milyon dollar), amerikalı kantri-müğənni Dolli Parton (450 milyon dollar) və Keti Perri (350 milyon dollar) yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et