Dünyanın ən zəngin insanları - TOP 10 | Banco.az

Dünyanın ən zəngin insanları - TOP 10

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın ən zənginlərinin siyahısı açıqlanıb. "Forbes" jurnalının oktyabr ayı hesablamalarına görə, Mark Zukerberq sərvəti ötən aydan bəri artan (1,5 milyard dollar artıb) yeganə şəxsdir. O, bununla siyahıda bir pillə yüksəlib.

Məlumata görə, Bernar Arno hələ də dünyada ikinci ən varlı adamdır. Lakin "LMVH" səhmlərinin qiymətinin 11 faiz azalması nəticəsində onun sərvəti bir ay əvvələ nisbətən təxminən 22 milyard dollar azalıb.

"Oracle"ın həmtəsisçisi Larri Ellison dünyanın dördüncü ən zəngin insan olaraq qalmasına baxmayaraq, sentyabrda "Oracle" səhmlərinin 12 faiz azalması Ellisonun sərvətindən təxminən 16 milyard dolları azaldıb.

Banco.az xəbər verir ki, hazırda dünyanın ən zəngin 10 insanı və onların sərvətləri bu qədərdir:

1. Elon Mask

Xalis sərvəti: 252,6 milyard dollar

Sərvətinin mənbəyi: "Tesla", "SpaceX", "X" 

Yaş: 51

2. Bernar Arno

Xalis sərvəti: 187,6 milyard dollar

Sərvətinin mənbəyi: LVMH

Yaş: 74

3. Ceff Bezos

Xalis sərvəti: 150 milyard dollar

Sərvətinin mənbəyi: "Amazon"

Yaş: 59

4. Larri Ellison

Xalis sərvəti: 135,9 milyard dollar

Sərvətinin mənbəyi: "Oracle"

Age: 78

5. Vorren Baffett

Xalis sərvəti: 117 milyard dollar

Sərvətinin mənbəyi: "Berkshire Hathaway"

Ən sərfəli kredit üçün müraciət et

Yaş: 92

6. Larri Peyc

Xalis sərvəti: 110,2 milyard dollar

Sərvətinin mənbəyi: "Google"

Yaş: 50

7. Bill Qeyts

Xalis sərvət: 108 milyard dollar

Sərvətinin mənbəyi: "Microsoft", investisiyalar

Yaş: 67

8. Mark Zukerberq

Xalis sərvəti: 106,6 milyard dollar

Sərvətinin mənbəyi: "Facebook"

Yaş: 39

9. Sergey Brin

Xalis sərvəti: 105,9 milyard dollar

Sərvətinin mənbəyi: "Google"

Yaş: 50

10. Stiv Balmer

Xalis sərvəti: 97,1 milyard dollar

Sərvətinin mənbəyi: "Microsoft", investisiyalar

Yaş: 67

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et