Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb | Banco.az

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb

Oksford universiteti növbəti dəfə “Times Higher Education” (THE World University Rankings 2022) versiyası üzrə dünyanın 200 ən yaxşı universiteti siyahısının lideri olub.

Bu barədə jurnalın saytında məlumat verilib.

Ən yaxşı universitetlərin ilk 5-liyinə həmçinin Kaliforniya Texnologiya İnstitutu (ABŞ), Harvard Universiteti (ABŞ), Stenford Universiteti (ABŞ) və Kembric Universiteti (Böyük Britaniya) də daxil olub.

Növbəti pillələri Massaçusets Texnologiya İnstitutu (ABŞ), Priston Universiteti (ABŞ), Berkli Kaliforniya Universiteti (ABŞ), Yel Universiteti (ABŞ) tutub. İlk 10-luğu Çikaqo Universiteti (ABŞ) qapayıb.

Dünyanın ən yaxşı universitetləri siyahısına Azərbaycanın 5 ali təhsil müəssisəsi daxil olub. Belə ki, Bakı Dövlət Universiteti 2112 universitet arasında 1247-ci yeri tutub. Siyahıda həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti və Qərbi Kaspi Universiteti də yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et