Dünyanın ən yaxşı televiziya brendləri açıqlandı | Banco.az

Dünyanın ən yaxşı televiziya brendləri açıqlandı

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal televizor bazarında lider brend açıqlanıb.

Banco.az xəbər verir ki, bazar araşdırması şirkəti Counterpoint Research-in açıqladığı məlumata görə, "Samsung" 2025-ci ildə də dünyanın ən çox satılan televizor brendi olaraq mövqeyini saxlayıb. Şirkət bununla yanaşı artıq 20 il ardıcıl olaraq dünyanın ən yaxşı televiziya brendi titulunu saxladığını bildirib.

Araşdırma şirkəti Omdia-nın məlumatlarına görə, "Samsung" ötən il qlobal televizor bazarında 29,1 faiz bazar payı ilə bütün rəqiblərini geridə qoyub. Xüsusilə yüksək qiymət seqmentində şirkətin üstünlüyü daha da nəzərə çarpır. Belə ki, 2500 dollardan yuxarı qiymətli televizorlar kateqoriyasında "Samsung" 54,3 faiz, 1500 dollardan yuxarı modellərdə isə 52,2 faiz bazar payına sahibdir.

Bununla yanaşı, digər istehsalçılar da bazarda mövqelərini gücləndirməyə çalışır. "TCL" və "Hisense" şirkətləri 2025-ci ilin birinci rübündə televizor göndərişlərini əvvəlki illə müqayisədə üç dəfə artırıb. "TCL" xüsusilə premium seqmentdə payını genişləndirərək 2023-cü ilin dördüncü rübündəki 12 faizdən 2024-cü ilin dördüncü rübündə 20 faizə yüksəldib.

Məlumata görə, 2025-ci ildə dünyanın ən çox satılan televiziya brendləri aşağıdakılardır:

  1. Samsung

  2. TCL

  3. Hisense

  4. LG

  5. Walmart