Müəllif - Aida İsaq, Banco.az
“iPhone 14 Pro” ən yaxşı smartfon modeli olaraq mobil sənayenin nüfuzlu mükafatı olan GLOMO Mükafatına layiq görülüb.
Banco.az xəbər verir ki, qiymətləndirilmələr yanvar-dekabr ayları arasında dünyanın aparıcı analitiklərini, sektorun tanınmış ekspertlərini, jurnalistləri əhatə edib. Eyni zamanda smartfon bazarında üstün performans, innovativ yeniliklər nəzərə alınıb.
Bundan başqa müvafiq kateqoriya üzrə “Google Pixel 7 Pro”, “Nothing Phone”, “Samsung Galaxy Z Flip 4” və “Samsung Galaxy S22 Ultra” modelləri də mükafatçılar siyahısına daxil edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!