Dünyanın ən xöşbəxt ölkələri hansılardır? | Banco.az

Dünyanın ən xöşbəxt ölkələri hansılardır?

Amerikada yerləşən analitik və idarəetmə konsaltinq şirkəti Gallup "Dünya Xoşbəxtlik İndeksi"nin yeni dövr məlumatlarını dərc edib.

2021-ci ildə adambaşına düşən gəlir, azadlıq, sağlamlıq və sosial yardım imkanları, korrupsiya, təhsil və alıcılıq qabiliyyəti kimi meyarlara görə ölkələrin sıralandığı "Dünya Xoşbəxtlik İndeksi"nin yeni versiyası dərc edilib. 150-yə yaxın ölkədə insanların həyat qiymətləndirmələrini ölçən sorğuların nəticələri ilə yaradılan hesabata görə, keçən il insanların xoşbəxtlik qavrayışına ən çox təsir edən amil bütün dünyanı bürüyən Covid-19 epidemiyası zamanı baş verənlər olub.

Skandinaviya ölkələri öz xoşbəxtliklərini qoruyur
İllərdir "Dünya Xoşbəxtlik İndeksi"nin zirvəsinə embarqo qoyan Skandinaviya ölkələri ötən il də bu keyfiyyətləri qoruyub saxlayıb. Finlandiya 2021-ci il siyahısında açıq lider olaraq qalır. Danimarka isə ikinci yerdədir. Üçüncü yerdə isə bir pillə yüksələn İslandiya qərarlaşıb.

Kanada siyahıda 15-ci yerə geriləyib.
İlk 10-luqdakı digər ölkələr; İsveçrə, Hollandiya, Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiyadan sonra Avstriya, Avstraliya, İrlandiya, Almaniya və Kanada gəlir. Dünyanın ən xoşbəxt ölkələrini müəyyən edən siyahının ən böyük yeniliyi 2020-ci il siyahısında beşinci yerdə olan Kanadanın 15-ci yerə enməsi olub.

Siyahının ilk 20-liyinə daxil olmağı bacaran digər ölkələr isə müvafiq olaraq ABŞ, İngiltərə, Çexiya, Belçika və Fransa olub.

Dünyanın xoşbəxt olmayan ölkələri
2021-ci ilin məlumatları ilə hazırlanan "Dünya Xoşbəxtlik İndeksi 2022"də Afrika ölkələrinin əksəriyyətinin olduğu son 10 ölkə - Zambiya (137), Malavi (138), Tanzaniya (139), Syerra Leone (140), Lesoto (141), Botsvana (142), Ruanda (143), Zimbabve (144), Livan (145) və Əfqanıstan (146) yer alıb.

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram