Dünyanın ən varlı şəxsi olan Jeff Bezos öz sərvətini daha da genişləndirib. Bu ilin ilk rübünün hesabatlarının verilməsindən sonra Amazon şirkətinin səhmləri 7% yüksəlib və şirkətin bazar qiyməti 735 milyard dollar təşkil edib. Bunun fonunda Amazon şirkətinin təsisçisi Jeff Bezos-un sərvəti 12 milyard dollar artıb. Bloomberg hal-hazırda onun sərvətini 134 milyard dollar dəyərində qiymətləndirir. Aşağıda isə Amazon şirkətinin 2018-ci ilin birinci rübü üçün olan əsas maliyyə göstəriciləri əks olunub.
- 2017-ci ilin həmin vaxtından fərqli olaraq bu ilin ilk rübündə satışlar 43% yüksəlib və 51 milyard dollar təşkil edib (keçən il 35.7 milyard dollar idi)
- Təmiz gəlir 125% yüksəlib (1.63 milyard dollara kimi), əməliyyatlar üzrə biznesin gəliri isə 92% yüksəlib (1.93 milyard dollar kimi)
- Amazon Web Services bulud platformasının satışları 49% yüksələrək 5.4 milyard dollar təşkil edib.
technote.az