Dünyanın ən varlı insanlarının siyahısı AÇIQLANDI - Liderlik yenidən dəyişdi | Banco.az

Dünyanın ən varlı insanlarının siyahısı AÇIQLANDI - Liderlik yenidən dəyişdi

Tamara Mustafayeva, Banco.az

"Dünyanın ən varlı insanları" siyahısında liderlik yenidən İlon Maska keçib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Tesla" və "SpaceX" CEO-su İlon Mask şirkət səhmlərinin bahalaşmasının ardınca "Forbes" nəşrinin yayımladığı siyahının ilk pilləsinə yüksəlib.

Elektromobil istehsalçısı "Tesla" şirkətinin səhmləri dörd aylıq yüksəliş dinamikasına davam edərək ötən gün 2,2% artımla 791.36 dollara icra edilib ki, bu, fevral ayından bəri qeydə alınan ən yüksək səviyyədir. Səhmlərin bahalaşmasından sonra sərvətinə 3.8 milyard dollar əlavə olunan Mask birjaların bağlandığı əsnada 203.4 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı olub.

Daha sonra birjaların yenidən əməliyyatlara başlaması ilə şirkət səhmlərində cüzi geriləmə müşahidə edilərkən 1.7 milyard dollar itirən İlon Mask bununla belə, hələ də siyahısının ilk pilləsinin sahibidir.

"Forbes" nəşri tərəfindən yayımlanan "Dünyanın ən varlı insanları" siyahısının hazırki "TOP-10"luğu ilə sizi tanış edirik.

  1. İlon Mask - 200.3 milyard dollar ("Tesla" və "SpaceX", ABŞ)
  2. Ceff Bezos - 193.1 milyard dollar ("Amazon", ABŞ)
  3. Bernard Arnault - 174 milyard dollar ("Louis Vuitton Moet Hennessy", Fransa)
  4. Bill Qeyts - 129.3 milyard dollar ("Microsoft", ABŞ)
  5. Mark Zuckerberg - 121.8 milyard dollar ("Facebook", ABŞ)
  6. Larri Elison - 118.8 milyard dollar ("Oracle", ABŞ)
  7. Larri Peyc - 116.5 milyard dollar ("Google", ABŞ)
  8. Sergey Brin - 112.3 milyar dollar ("Google", ABŞ)
  9. Vorren Baffett - 100.5 milyard dollar ("Berkshire Hathaway", ABŞ)
  10. Mukeş Ambani - 97.7 milyar dollar ("Reliance Industries Ltd", Hindistan)

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et